1 C
Baku
Saturday, December 14, 2024

Xüsusi mülkiyyət – nədir?

0

Have a Question?

Xüsusi mülkiyyət – ayrı-ayrı şəxslərə (vətəndaşlara) aid olan mülkiyyətdir. Onun əsas təşkilati-hüquqi formaları aşağıdakılar hesab edilir: fərdi əmək fəaliyyəti; əmək təsərrüfatı; kəndli və şəxsi yardımçı təsərrüfatlar; kiçik və digər fərdi və ailə müəssisələri; dövlət mülkiyyəti iştirak etmədən səhmdar cəmiyyətləri.

Xüsusi mülkiyyət hüquqi istehsal vasitələri, qeyri-istehsal təyinatlı əşyalar və sərvətlər, pul vəsaitləri və qiymətli kağızlar, onlardan istifadənin nəticələrinə sahiblik, onlardan istifadə və onların barəsində sərəncam vermək sahəsində ayrı-ayrı şəxslərin qanunla qorunan hüquqlarının məcmusundan ibarətdir. Xüsusi mülkiyyət hüququ həyata keçirərkən qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hədlərdə muzdlu əməyin tətbiqi mümkündür. Vətəndaş məhsuldar və ya yaradıcı əməkdə öz qabiliyyətindən istifadə etməkdə müstəsna hüquqa malikdir. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Xüsusi mülkiyyət hüququ qanunla qorunur. Dövlət vərəsəlik hüququna zəmanət verir.