Have a Question?
ZEW – Avropa İqtisadi Tədqiqatlar Mərkəzi (Zentrum fur Europaische Wirtschaftsforschung), Avropanın iqtisadiyyatı öyrənən əsas qurumlarından biridir. Manheymdə (Almaniya) yerləşir, iqtisadi və maliyyə dairələrdə ilk növbədə iqtisadi gözləntilər indeksinə görə tanınır.
Hüquqi olaraq ZEW 1990-cı ildə məhdud məsuliyyətli cəmiyyət olaraq qeydiyyata alınsa da, ildə təxminən 19 milyon avro büdcəsi olan gəlirsiz təşkilat olaraq qalır. Mərkəz bir neçə mənbədən maliyyələşdirilir:
– Baden-Vürtemberqin büdcəsi;
– Almaniyanın büdcəsi;
– sponsorluq;
– Avropa ölkələrinin və özəl şirkətlərin Avropa İttifaqının strukturları üçün tədqiqat işlərinin maliyyələşdirilməsi;
Mərkəzdə davamlı olaraq beş əsas tədqiqat sahəsi ilə məşğul olan 120-dən çox alim çalışır:
– beynəlxalq maliyyə və maliyyə idarəetməsi;
– əmək bazarı, insan resursları və sosial siyasət;
– sənaye iqtisadiyyatı və beynəlxalq idarəetmə;
– korporativ vergi və dövlət maliyyəsi;
– ətraf mühitin və ehtiyatların iqtisadiyyatı.
Mərkəz hər il onlarla müxtəlif iqtisadi tədqiqatlar, araşdırmalar aparır, Avropa iqtisadiyyatındakı mövcud və gələcək vəziyyətlə bağlı çox sayda məqalələr nəşr edir, konfranslar keçirir.