28 C
Baku
Saturday, July 27, 2024

“Equinor” Rusiya neftinin ticarətini dayandırıb

Norveçin “Equinor” şirkəti Rusiya neft və neft məhsulları ilə ticarəti dayandırır.

Bu barədə şirkətin açıqlamasında deyilir.

Elektrik enerjisi, qaz və buxar istehsalı sektorunun gəlirləri artıb
OPEC neft hasilatını artırmağa davam edəcək – PROQNOZ
Azərbaycan neftinin orta qiyməti ötən həftə 98 dollardan çox olub
“Şirkətin Rusiyadakı layihələrindən geri çəkilmə prosesinə başladığının elanından sonra Rusiya nefti ilə ticarətini dayandırması da qərara alınıb. Bu o deməkdir ki, “Equinor” yeni əməliyyatlarda iştirak etməyəcək və Rusiyadan neft və neft məhsulları daşımayacaq”, – açıqlamada deyilir.

“Equinor” Rusiya ilə əməkdaşlığın bütün aspektlərini, o cümlədən hüquqi öhdəlikləri nəzərdən keçirəcəyini bildirir. Hazırda şirkətin əvvəllər bağlanmış müqavilələr üzrə müəyyən öhdəlikləri mövcuddur.

Qeyd edək ki, bundan əvvəl, fevralın 28-də şirkət Rusiyaya sərmayələri dayandıracağını və Rusiyanın birgə müəssisələrindən çəkilmə prosesinə başlayacağını açıqlamışdı. “Equinor” Rusiyada 30 ildən çoxdur fəaliyyət göstərir.

Xatırladaq ki, “Equinor” neft-qaz qrupu 1972-ci ildə yaradılıb, şirkət 2018-ci ilin may ayına qədər “Statoil” adlanırdı. Hazırda “Equinor” 30-dan çox ölkədə fəaliyyət göstərir. Şirkətin ən böyük səhmdarı Norveçdir.

Son xəbərlər
Digər xəbərlər