26 C
Baku
Saturday, July 27, 2024

Ər-Riyad “Saudi Aramco”nun əlavə 10 mlrd. dollarlıq səhmlərini yerləşdirməyə hazırlaşır

Səudiyyə Ərəbistanı bu gələn bazar günü, iyunun 2-də “Səudiyyə Aramco” neft şirkətinin səhmlərinin növbəti hissəsinin yerləşdirilməsi prosesinə rəsmən başlamağa hazırlaşır.

Yerləşdirmə həcmi 10 milyard dolları keçə bilər.

Mənbələr bildiriblər ki, “Aramco” səhmlərinin əlavə yerləşdirilməsində iştirak üçün müraciətlərin qəbulunun gələn cümə axşamı başa çatacağı gözlənilir. Onların fikrincə, şirkətin qiymətli kağızları investorlara bazar qiymətindən 10% endirimlə təklif oluna bilər. Lakin tələb yüksək olarsa, endirim daha kiçik ola bilər.

Səudiyyə Ərəbistanı 2019-cu ildə “Aramco”nun 30 milyard dollar dəyərində səhmlərini  yerləşdirib, şirkətin kapitallaşması 7.03 trilyon riyaldır (1.9 trilyon dollar). “Aramco” səhmləri 2024-cü ilin əvvəlindən bəri 12% ucuzlaşıb və hazırda 32 riyal olan IPO qiyməti ilə müqayisədə 29 riyaldan bir qədər yuxarı qiymətə satılır.

Son xəbərlər
Digər xəbərlər