9 C
Baku
Friday, March 1, 2024

Ərdoğan ABŞ-a səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabr ayında bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcək.

Türkiyə Prezidenti sentyabrın 9-10-da G-20 liderlərinin Hindistanda keçiriləcək Zirvə görüşündə iştirak edəcək. Sammit çərçivəsində ikitərəfli münasibətlərlə yanaşı, regional və qlobal problemlər də müzakirə olunacaq.

Prezident Rəcəb Tayyib Ərdoğan sentyabrın 17-21-də isə BMT Baş Assambleyası ilə əlaqədar ABŞ-a səfər edəcək. O, Baş Assambleyada dünya liderləri qarşısında çıxış edəcək. Türkiyə Prezidentinin islamofobiya, qaçqınların vəziyyəti, iqlim dəyişikliyi, Kipr problemi, Rusiya-Ukrayna müharibəsindəki son vəziyyət və taxıl daşınması kimi mövzularda mühüm mesajlar verməsi gözlənilir.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər