20 C
Baku
Friday, May 3, 2024

Ərdoğan Yunanıstana səfər edəcək

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu il dekabrın 7-də Afinada görüşəcəklər.

Liderlər iki ölkə arasında Yüksək Əməkdaşlıq Şurasının beşinci iclasına sədrlik edəcəklər.

Tərəflərin ən azı 20 saziş imzalayacaqları gözlənilir.

Məlumata görə, həmin sənədlərdən ən mühümlərdən biri miqrasiya ilə bağlı olacaq.

Türkiyə diplomatik mənbələrinin məlumatına görə, Türkiyə prezidentini səfərdə 7 nazir, həmçinin onun müşaviri Akif Çağatay Kılıç müşayiət edəcək.

Məlumata görə, Yunanıstan tərəfdən heyətin tərkibində xarici işlər, müdafiə, iqtisadiyyat, təhsil, immiqrasiya, mədəniyyət, turizm nazirləri olacaqlar.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər