5 C
Baku
Sunday, February 25, 2024

Ərdoğanla Baydenin görüşü gözlənilir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ lideri Cozef Baydenin görüşü gözlənilir.

Bu barədə “CNN Türk” məlumat yayıb.

Məlumata görə, əvvəlcə Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-yə səfər edəcək. Amma hər iki ölkədə keçiriləcək seçkilərlə bağlı olaraq təmasların konkret tarixi hələ ki açıqlanmayıb. Hazırda tarixlərin müəyyənləşdirilməsi istiqamətində işlər gedir.

Bildirilib ki, R.T.Ərdoğan C.Baydenin görüşü iyul ayında keçiriləcək NATO sammiti çərçivəsində də ola bilər. Payız aylarında isə ABŞ-dən olan iki nümayəndə heyəti Türkiyədə səfərdə olacaq. ABŞ xüsusilə yaşıl enerji ilə bağlı Türkiyə ilə əməkdaşlıqda maraqlıdır.

Qeyd olunub ki, bu səfərlərin məqsədi Ankara ilə Vaşinqton arasında münasibətlərdə yeni mərhələnin əsasını qoymaqdır.

Xatırladaq ki, Türkiyəyə F-16 qırıcılarının tədarükü uzun müddətdir mübahisəli olaraq qalırdı. Ankaranın İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməsindən sonra ABŞ Konqresi də qırıcıların satışı ilə bağlı müqaviləni təsdiqlədi. R.T.Ərdoğan fevralın 12-də deyib ki, ABŞ Türkiyənin F-16 qırıcıları ilə bağlı tələbini yerinə yetirib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər