26 C
Baku
Saturday, July 27, 2024

Ermənistan prezidenti Qarabağ münaqişəsinin həlli bağlı məsləhətləşmələrə başladı

Ermənistan prezidenti Armen Sarkisyan Ermənistanın baş naziri, Rusiya və Azərbaycan prezidentləri tərəfindən Qarabağ münaqişəsinin həlli ilə bağlı müqavilənin imzalanmasından sonra vəziyyəti müzakirə etmək üçün siyasi məsləhətləşmələrin başladığını elan edib.

Banker.az bu barədə “TASS” agentliyi istinadən xəbər verir.

“Mövcud vəziyyətlə əlaqədar olaraq insanların əhəmiyyətli bir hissəsinin dərin narahatlığını nəzərə alaraq, milli maraqların qorunması üçün gündəmimizdən irəli gələn qərarlar barədə ən qısa müddətdə razılaşmaq üçün dərhal siyasi məsləhətləşmələrə başlayacağam”, – prezident bildirib.

Sarkisyan məsləhətləşmələr üçün 10 gün vaxt ayırdığını da qeyd edib.

“Rusiya və Azərbaycan prezidentləri ilə Dağlıq Qarabağ müharibəsinə son qoymaq üçün müqavilənin imzalandığını mətbuatdan öyrəndim. Təəssüf ki, bu sənədlə bağlı mənimlə heç bir məsləhətləşmə və ya müzakirə aparılmayıb, danışıqlarda iştirak etməmişəm”, – dövlət başçısı əlavə edib.

“Ermənistan xalqının maraqları və hüquqları ilə əlaqəli hər hansı bir addım, hərəkət və ya sənəd hərtərəfli məsləhətləşmələrin və müzakirələrin mövzusuna çevrilməlidir”, – Sarkisyan bildirib.

Son xəbərlər
Digər xəbərlər