19 C
Baku
Tuesday, April 16, 2024

Ermənistan Türkiyə ilə sərhəddəki gömrük-keçid məntəqəsini açacaq

Ermənistan hökuməti Türkiyə ilə sərhəddəki gömrük-keçid məntəqəsini işə salmağa hazırlaşır.

Bunu Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Rustam Badasyan jurnalistlərə bildirib.

Onun sözlərinə görə, diplomatik pasportlara malik şəxslər və üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması ilə bağlı İrəvan və Ankara arasında əldə olunmuş razılaşma çərçivəsində iş aparılır.

“Biz digər dövlət qurumları ilə birlikdə yekun qərar qəbul olunarsa, bu məntəqənin tez bir zamanda aktivləşdirilməsinə hazırlaşırıq. Orada gömrük prosedurlarının rahat tətbiqi üçün hazırlıq işləri aparılır”, – o qeyd edib.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər