2 C
Baku
Saturday, December 14, 2024

Ermənilər Azərbaycan kəndini vurmağa başlayıb

İşğalçı Ermənistan ordusu vəziyyəti gərginləşdirmək məqsədilə Azərbaycanın yaşayış məntəqələrinə yenidən atəş açmağa başlayıb.

Bu barədə bölgə müxbiri məlumat yayıb.

Məlumata görə, hazırda Tovuz rayonunun Ağdam kəndində iri çaplı silahlardan, eləcə də artilleriya qurğularından atışma davam edir.

Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu şəhid olub.

MənbəBaku.ws
Son xəbərlər
Digər xəbərlər