Ermənistanın İranla dövlət sərhədində yeni gömrük məntəqəsi tikiləcək.
Bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan deyib.
Onun sözlərinə görə, Meğridə tikiləcək gömrük məntəqəsi bütün beynəlxalq standartlara cavab verəcək. Həmin məntəqənin istifadəyə verilməsi sənədləşmə prosedurlarını sürətləndirəcək və gömrük nəzarətinin səmərəliliyini artıracaq.