13 C
Baku
Saturday, May 18, 2024

“Ermənistan KTMT-nin münasibətindən narahatdır”

“Ermənistan heç vaxt Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq barədə danışmayıb”.

Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan KTMT Parlament Assambleyasının Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən iclasında bildirib.

A.Simonyan təşkilatın Ermənistana münasibətindən narahat olduqlarını vurğulayıb.

Onun sözlərinə görə, KTMT-dəki bəzi müttəfiqlərinin rəsmi bəyanatları Ermənistanda təşkilata ictimai münasibətin ciddi dəyişikliklərə məruz qalmasına səbəb olub.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan müxalifətdə olduğu dövrdə ölkəsinin bu təşkilatdan çıxmasını təklif etmişdi. O, təşkilatın İrəvanda keçirilən sonuncu sammitində isə yekun sənədi imzalamaqdan imtina edib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər