16 C
Baku
Friday, April 26, 2024

Ermənistan mülki təyyarələri Azərbaycan hava məkanından kəçən dəhlizlərdən istifadə edə biləcəklər

“Azərbaycan Hava Yolları”nın QSC (AZAL) Ermənistan üzərindən uçuşlara başlaması birtərəfli addım deyil.

Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) qaydalarına əsasən regionun hava məkanı və bütün hava dəhlizləri artıq uçuşlar üçün açıqdır.

Müharibə bitdiyinə görə regional aviasiya təhlükəsizliyi qaydaları da dəyişib. Azərbaycan beynəlxalq konvensiyalara uyğun olaraq Zəngəzur dəhlizinin üzərindəki hava məkanından istifadə edərək uçuşlar yerinə yetirir.

Qeyd edək ki, həm Azərbaycan, həm də Ermənistanın bununla bağlı öhdəliyi var. Eyni şəkildə Ermənistan mülki təyyarələri də Azərbaycan hava məkanından kəçən dəhlizlərdən istifadə edə bilərlər. Bu, eyni zamanda regionda kommunikasiyaların açılmasının növbəti nümunəsidir. Nəticədə Ermənistan da tranzit ölkəyə çevrilir və İranın hava məkanından istifadəyə ehtiyac qalmır.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər