6 C
Baku
Monday, December 16, 2024

Ermənistan normallaşma prosesi ilə bağlı Azərbaycana təkliflər paketi təqdim edib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan münasibətlərin normallaşması prosesini irəli aparmaq üçün Azərbaycana təkliflər paketinin verildiyini deyib.

Bunu A.Mirzoyan ATƏT-ə üzv ölkələrin XİN başçıları Şurasının Şimali Makedoniyanın Skopye şəhərində keçirilən toplantısı çərçivəsində Fransanın Avropa məsələləri üzrə dövlət naziri Lorens Bunla görüşdə bildirib.

Məlumata görə, nazirlər Cənubi Qafqazda təhlükəsizlik və sabitlik məsələləri, mövcud çağırışlar ətrafında fikir mübadiləsi aparıblar.

Onlar Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşaması istiqamətində atılan addımlardan da danışıblar. A.Mirzoyan vurğulayıb ki, prosesin irəliləməsi imkanından yararlanmaq üçün Ermənistan ötən həftə ikitərəfli saziş layihəsi üzrə təkliflər paketini Azərbaycana təqdim edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər