2 C
Baku
Saturday, December 14, 2024

Ermənistan prezidenti koronavirusa yoluxub

Ermənistan prezidenti Armen Sarkisyan koronavirusa yoluxub.

Banker.az bu barədə “TASS”a istinad edir.

Onun karantində olduğu və müvəqqəti olaraq vəzifələrini distant yerinə yetirməyə davam edəcəyi bildirilir.

“Ermənistan prezidenti Armen Sarkisyan Yeni il bayramını ailəsi və nəvələri ilə birlikdə Londonda qeyd edib. Yanvarın 3-də Sarkisyan ayağından əməliyyat olunub. Bununla birlikdə, prezident özündə koronavirusun simptomlarını qeyd edib. Test müsbət nəticə verib”, – deyə prezident aparatı məlumat yayıb.

Xatırladaq ki, 2020-ci ilin iyun ayında Ermənistanın baş naziri Nikol Paşinyanın koronavirusa yoluxması məlum olub.

Son xəbərlər
Digər xəbərlər