-1 C
Baku
Sunday, December 15, 2024

Ermənistan prezidenti NATO və AB-nin Qarabağla bağlı mövqeyindən narazıdır

Ermənistan prezidenti Armen Sarkisyan Böyük Britaniyanın “The Critic” nəşriyyatına verdiyi müsahibədə NATO və AB-nin Qarabağ münaqişəsi ilə bağlı mövqeyindən məyus olduğunu söyləyib.

Banker.az bu barədə “Ria Novosti”yə istinadən xəbər verir.

“Bir sıra amillər məni məyus etdi. Məsələn, NATO-ya üzv olan Türkiyəyə Dağlıq Qarabağ münaqişəsinə qarışmağa icazə verilməsi. Bundan əlavə, Avropa Birliyinin bu məsələyə yetərli qədər diqqət ayırmamasından narazıyam”, – deyə prezident bildirib.

“Xüsusilə, İsraildən məyus oldum, çünki o, Azərbaycana silah tədarük etməyə davam edir. Müharibə başlayandan sonra İsrail silah satışı dayandırmalı idi. Lakin bunu etmədi. Bu məsələdə məyus olan tək mən deyiləm”.

Son xəbərlər
Digər xəbərlər