7 C
Baku
Sunday, December 15, 2024

Ermənistan sərhədə müşahidəçi göndərmək üçün ATƏT-ə də müraciət edib

Ermənistan Azərbaycanla sərhədə müşahidəçilər göndərmək üçün ATƏT-ə müraciət edib.

Bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan norveçli həmkarı ilə keçirdiyi mətbuat konfransında deyib.

Mirzoyanın sözlərinə görə, hazırda Ermənistan-Azərbaycan sərhədinə ATƏT-dən müşahidəçilərin göndərilməsinin mümkünlüyü müzakirə olunur. Onların Ermənistan ərazisində yerləşdirilməsi planlaşdırılır.

“Biz bu məsələyə yaxın vaxtlarda aydınlıq gətirəcəyik”, – nazir bildirib.

Aİ-nin mülki missiyası ilə bağlı Mirzoyan əlavə edib ki, Ermənistan Cənubi Qafqazda sülhün bərqərar olunması məsələsində beynəlxalq iştirakı gözləyir.

Xatırladaq ki, artıq Aİ Ermənistan-Azərbaycan sərhədinə mülki missiyanın göndərilməsini təsdiqləyib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər