18 C
Baku
Monday, April 29, 2024

“Ermənistan Ukrayna məsələsində Rusiyanın müttəfiqi deyil” – Paşinyan

İrəvan Ukrayna məsələsində Moskvanın müttəfiqi deyil.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Almaniyadakı erməni diasporunun nümayəndələri ilə görüşündə deyib:

“Mən çoxdan deyirəm ki, Ermənistan Ukrayna məsələsində Rusiyanın müttəfiqi deyil. Bu da bizim səmimi mövqeyimizdir. Bu vəziyyətə təsir edə bilməməyimiz bizi çox ağrıdır. Ukrayna xalqı bizim üçün dost xalqdır”.

Paşinyanın xatırladıb ki, 1991-ci ildə keçmiş Sovet İttifaqı respublikaları, o cümlədən Rusiya və Ukrayna bir-birinin sərhədlərini tanıyan Alma-Ata Bəyannaməsini imzalayıb. Paşinyan bu sənədi “respublikaların ərazi bütövlüyünün tanınması” adlandırıb.

“Eyni məntiq Ukrayna məsələsinə də aiddir. Bəyannamə hər kəsə aiddir. Əgər biz onu məhv etsək, hər şey çökə bilər”, – Paşinyan qeyd edib.

MənbəAPA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər