Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Tehrana səfər edəcək.
Bu barədə Ermənistan XİN sözçüsü “Twitter”də bildirib.
Ararat Mirzoyan iyulun 24-də İrana səfər edəcək. Səfər çərçivəsində Ermənistan və İran XİN başçılarının görüşü, mətbuata birgə bəyanat nəzərdə tutulur.