“Onların döymədiyi qapılar qalmayıb. Danışıqlar prosesi zamanı Ermənistan tərəfinin nəzərinə çatdırıldı ki, onların beynəlxalq hüquqdan danışmağa haqqı yoxdur”.
Bunu bu gün keçirilən brifinqdə Xarici İşlər naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, baza prinsiplərinin tərkib hissəsi mərhələlərlə işğalçı qüvvələrin ərazilərimizdən çıxarılmasını özündə ehtiva edir: “Ermənistan ağır zərbələr alıb”.