5 C
Baku
Saturday, December 14, 2024

Ermənistanda əhalinin təxminən yarısı yoxsuldur

Ermənistanda əhalinin təxminən yarısı, yaxud 47,6 faizi yoxsul vəziyyətdə yaşayır.

Bu barədə Ermənistanın əmək və sosial məsələlər üzrə naziri Narek Mkrtçyan bildirib.

Onun sözlərinə görə, ölkə üzrə yoxsulların sayının artacağı istisna edilmir.

Nazir qeyd edib ki, bu göstərici 2020-ci ilə aiddir. 2021-ci ilin hesabatı bu ilin sonunda hazır olacaq.

O vurğulayıb ki, Ermənistan əhalisinin 21 min nəfəri (0,7 faizi) aclıq həddində yaşayır.

Qeyd edək ki, Ermənistanın əhalisinin sayı 2 milyon 981 min nəfərdir.

Son xəbərlər
Digər xəbərlər