-3 C
Baku
Sunday, December 15, 2024

Ermənistanda pasport qıtlığı yaranıb

“Ermənistanda vətəndaşlar yeni xarici pasport alan, yaxud onu dəyişən zaman ciddi problemlərlə qarşılaşırlar”.

“Aysor” xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti material yayıb.

Qəzetin yazdığına görə, xarici pasportun alınmasında problemlərin olduğuna dair Ermənistanın müxtəlif bölgələrindən redaksiyaya telefon zəngi edilir: “Vətəndaşlar Pasport-viza idarəsinin regional bölməsindən şikayət edirlər. Onlar bildirirlər ki, bölmədən pasport almağa gedəndə rədd cavabı alırlar. Vətəndaşlara kağız olmadığı üçün pasportun çap edilmədiyini deyiblər”.

“Joxovurd”in yazdığına görə, oxşar problemlə Ermənistanın Eçmiadzin, Malatya, Armavir və başqa rayonlarının sakinləri üzləşir.

Mütəxəssislərin fikirincə, son zamanlar Ermənistandan mühacirət etmək istəyənlərin sayı artıb. Odur ki, xarici pasporta tələbat artdığından bu sahədə qıtlıq yaranıb.

 

MənbəReport
Son xəbərlər
Digər xəbərlər