Ermənistanın sabiq baş naziri, keçmiş müdafiə naziri Vazqen Manukyan hökumətini istefa verməyə və Qarabağ münaqişəsi bölgəsindəki vəziyyətlə əlaqədar hakimiyyəti orduya təhvil verməyə çağırıb.
“Mövcud vəziyyəti dəyişdirmək və dönüş nöqtəsi etmək mümkündürmü? Bəli, amma indiki hökumət dövründə yox. Bu hökumət istefa verməlidir və bütün səlahiyyətlərini orduya təhvil verməlidir”, – Manukyan açıqlayıb.
Banker.az bu barədə “Ria Novosti”yə istinadən xəbər verir.
Onun sözlərinə görə, ordu bütün hakimiyyəti öz əlinə almalıdır, sonra isə mövcud hərbi vəziyyətə uyğun olaraq lazımi tədbirlər görməlidir, beynəlxalq strukturlarla danışıqlar aparmalıdır. “Bu, qurtulmağın yeganə yoludur. Əks halda hər şeyi itirə bilərik”, – keçmiş baş nazir bildirib.