Ermənistanın təxribatları qəbuledilməzdir.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O, Türkiyənin Azərbaycanın yanında olduğunu bildirib.
“Hər zaman olduğu kimi, azərbaycanlı qardaşlarımızın yanında olduğumuzu bütün dünya bilməlidir”, – Ərdoğan qeyd edib
Türkiyə lideri Prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verib.
“Şəhid olan qardaşlarımıza Allahdan rəhmət diləyirəm, yaralılara şəfa arzulayıram. Qardaşım Prezident İlham Əliyev başda olmaqla, Azərbaycan xalqına başsağlığı verirəm”, – o deyib.