9 C
Baku
Friday, December 13, 2024

“Ernst & Young” kriptovalyutaların düşündüyümüzdən də təhlükəli olduğunu bildirir

Kriptovalyutaların qiymətlərindəki sıçrayış onları “ümidsiz” səhmlərlə müqayisə etmək zərurəti yaradıb.

Rusiya mətbuatına istinadən, bu barədə nüfuzlu audit şirkəti “Ernst & Young”ın hesabatında bildirilir.

Şirkət bəyan edib ki, kriptovalyutalar çox ucuz və spekulyativ “ümidsiz” səhmlərlə eyni səviyyədə tutulsa da, birincinin oğurlanması ehtimalı yüksəkdir.

“Xakerlər orta hesabla ilkin emissiya (ICO) zamanı cəlb olunmuş vəsaitin 10%-ni oğurlamağa müvəffəq olurlar. Belə ki, 372 ICO hesabına əldə edilmiş 3,7 mlrd. dollar vəsaitin 400 mln. dolları oğurlanıb. İnternet saxtakarlığı – fişinq pulların oğurlanmasında ən geniş yayılmış üsuldur. Bu üsulla ICO çərçivəsində ayda 1,5 mln. dollar oğurlanır”, – hesabatda qeyd olunub.

Bununla yanaşı, audit şirkəti bildirib ki, son zamanlar kriptovalyutalara maraq, ICO çərçivəsində cəlb olunan vəsaitin məbləği azalıb. Belə ki, 2017-ci ilin iyun ayında ICO vasitəsilə planlaşdırılan vəsaitlərin 90%-i cəlb olunmuşdusa, noyabrda bu göstərici 25% təşkil edib.

“Ernst & Young”ın innovasiyalar və blokçeyn texnologiyaları üzrə məsul əməkdaşı Pol Broudi (Paul Brody) isə bildirib ki, “ICO həcmləri artsa da, onların keyfiyyəti aşağı düşüb. ICO-larda aydın şəkildə səhvlər və maraqların toqquşması qeydə alınır”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər