9 C
Baku
Thursday, December 12, 2024

Estoniya Rusiya-NATO təsis aktına xitam verməyi təklif edir

Estoniya hakimiyyəti Rusiya-NATO təsis aktına əməl etməyi mənasız hesab edir və buna görə də onu ləğv etməyi təklif edir.

Bu barədə Baltikyanı respublikanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Təsis aktı ləğv edilməlidir, çünki biz Rusiya ilə hər hansı əməkdaşlıqdan danışa bilmərik”, – Estoniyanın xarici işlər naziri Urmas Reynsalu bildirib.

O, həmçinin Rusiyanı beynəlxalq hüquq prinsiplərinə məhəl qoymamaqda ittiham edib.

Son xəbərlər
Digər xəbərlər