14 C
Baku
Tuesday, April 16, 2024

Estoniya Rusiya neft məhsullarının idxalını vaxtından əvvəl dayandıracaq

Estoniya hökuməti Avropa İttifaqı (Aİ) tərəfindən müəyyən edilmiş keçid dövrünün sonuna qədər Rusiyadan neft məhsullarının idxalının dayandırılmasını və dekabrın 5-dən tədarükünə qadağa qoyulmasını nəzərdə tutan qətnamə qəbul edib.

Bu barədə BNS məlumat yayıb.

Xatırladaq ki, Aİ 2023-cü ilin fevralına qədər Rusiyadan neft məhsullarının idxalına və tranzitinə sanksiyaların tətbiqi üçün mərhələli keçid dövrü tətbiq edib.

Daha əvvəl Estoniya Xarici İşlər Nazirliyi Avropa Komissiyasına yeni sanksiyalar paketinin tətbiqi, Rusiya təbii qazına və neftinə qarşı enerji sanksiyalarının dərhal, hərtərəfli tətbiqi ilə bağlı təklif göndərib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər