2 C
Baku
Sunday, December 15, 2024

Estoniyanın “Bolt” taksi xidməti 182 milyon dollar investisiya cəlb edib

Estoniyanın “Bolt” taksi xidməti amerikalı milyarder Deniel Sandheim tərəfindən təsis edilmiş “D1 Capital Partners” hedge-fondun rəhbərliyi altında 182 milyon dollar maliyyə cəlb edib.

Banker.az xəbər verir ki, bu barədə CNBC yazıb.

Xatırladaq ki, cari ilin may ayında şirkət 1.7 milyard avro dəyərində qiymətləndirilmişdir (indiki məzənnə ilə 2.1 milyard avro). Şirkət hal-hazırkı kapitallaşmanın nə qədər olduğunu açıqlamır.

“Bolt” nümayəndələrinin verdiyi məlumata görə, cəlb olunmuş pullar xidmətin təhlükəsizliyinin artırılmasına və elektrikli velosipedlərin, samokatların və digər nəqliyyat vasitələrinin icarəsi xidmətinin genişləndirilməsinə xərclənəcək.

“Biz potensial problemlərdən qaçınmaq üçün maşın öyrənməsi vasitəsilə üz tanıma və səyahəti avtomatik izləmə texnologiyalarını tətbiq etməyi planlaşdırırıq”, – deyə “Bolt”un baş direktoru Markus Villiq söyləyib.

CNBC-nin qeyd etdiyi kimi, hal-hazırda “Bolt” xidmətindən dünyanın 40 ölkəsində 50 milyondan çox insan istifadə edir. 2020-ci ildə taksi xidmətləri pandemiya və kütləvi təcrid səbəbindən xeyli zərər çəkib. Məsələn, mart ayında “Bolt”un satışları ötən ayla müqayisədə təxminən 75% azalıb. Buna baxmayaraq, şirkət yeni xidmətlərin tətbiq edilməsi sayəsində bu ilin yaxşı nəticələr gətirdiyini hesab edir.

“Pandemiyanın nəticələrinə baxmayaraq, ötən ildə Bolt böyük artım göstərib. Biz müştərilərimizin sayını demək olar ki, iki qat artırdıq”, – Villiq əlavə edib.

Xatırladaq ki, may ayında “Bloomberg” “Bolt”un Estoniya hökumətindən ən çox yardım alan şirkətlərdən biri olduğunu yazmışdır. Taksi xidməti bu vəsaitin bir hissəsini 500 əməkdaşına xərcləyəcəyini açıqlamışdı.

Son xəbərlər
Digər xəbərlər