14 C
Baku
Thursday, April 25, 2024

“Ethereum” rekord həddə çatıb

Bazar dəyərinə görə ikinci ən böyük kriptovalyuta “Ethereum” 3.5% artaraq rekord 4 403 ABŞ dolları səviyyəsinə çatıb. Banker.az xəbər verir ki, altkoin blokçeyn şəbəkəsindən istifadənin artması fonunda bahalaşıb.

“CoinMarketCap”a görə, efirin qiyməti may ayında qeydə alınan 4 379.62 ABŞ dolları rekordunu üstələyib və 4 403.92 ABŞ dolları səviyyəsinə çatıb. “Binance Coin” və “Solana” daxil olmaqla, digər tokenlərin də qiyməti yüksəlib, bununla da bitkoinin daha da bahalaşacağına dair gözləntiləri yenidən alovlanıb.

Kriptofəallar hesab edirlər ki, efirin bahalaşması yeni mövsümün başlaması ilə əlaqəlidir. Son 12 ayda “Ethereum” təxminən 1000% artaraq bitkoinin 380% sıçrayışını geridə qoyub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər