15 C
Baku
Friday, March 29, 2024

“Ethereum”un yaradıcısı milyarder statusunu itirib

“Ethereum” kriptovalyutasının yaradıcısı Vitalik Buterin artıq milyarder deyil. Banker.az “Kommersant”a istinadən xəbər verir ki, 2021-ci ilin noyabrında onun kriptocüzdanında 1.5 milyard dollar dəyərində aktivləri olub. Bir qədər sonra “efir” 55% ucuzlaşıb.

“Yeri gəlmişkən, mən artıq milyarder deyiləm. Trollar üçün qeyd edim ki, xeyr, “Ethereum” səhv deyildi”, – deyə Buterin yazıb.

28 yaşlı Vitalik Buterin Kolomnada anadan olub və uşaq ikən ailəsi ilə birlikdə Kanadaya köçüb. 2021-ci ilin may ayında “Forbes” onu dünyanın ən gənc kriptovalyuta milyarderi adlandırıb.

Son xəbərlər
Digər xəbərlər