Birləşmiş Ərəb Əmirliklərinin “Etihad Airways” aviaşirkəti Azərbaycana uçuşların tariflərini, eləcə də Azərbaycandan uçan və əlavə baqajı olmayan sərnişinlər üçün tarifləri aşağı salır.
“Gulf News” nəşrinə istinadən, aviaşirkət, həmçinin Bəhreyn, Misir, Livan, İordaniya, Səudiyyə Ərəbistanı, Oman və Küveyt istiqamətlərində tarifləri aşağı salır.
Qeyd edilir ki, sərnişinlər özləri ilə 7 kiloqram ağırlığında əl yükü götürə bilər, əlavə baqaj üçün isə ödəniş ediləcək. Nəşrin məlumatına görə, aviaşirkət keçən il 1,52 milyard dollar məbləğində ziyanla əlaqədar öz qiymət siyasətində düzəlişlər aparıb.