“Deutsche Bank”ın mütəxəssisləri “Mapping the World’s Prices” illik hesabatı çərçivəsində 2019-cu ildə ev kirayəsi ən bahalı olan şəhərlərin reytinqini tərtib edib.
Tədqiqatda dünyanın 56 şəhəri iştirak edib. Analitiklər reytinqi hazırlayan zaman hər ölkədə iki yataq otağı olan mənzillərin orta aylıq qiymətini nəzərə alıblar.
10. Tokio, Yaponiya
Aylıq kirayə: $1 903
İl ərzində dəyişiklik: 9%
9. Sidney, Avstraliya
Aylıq kirayə: $1 969
İl ərzində dəyişiklik: -4%
8. Dublin, İrlandiya
Aylıq kirayə: $2 018
İl ərzində dəyişiklik: -1%
7. Boston, ABŞ
Aylıq kirayə: $2 201
İl ərzində dəyişiklik: 2%
6. London, Böyük Britaniya
Aylıq kirayə: $2 338
İl ərzində dəyişiklik: -3%
5. Paris, Fransa
Aylıq kirayə: $2 455
İl ərzində dəyişiklik: -1%
4. Sürix, İsveçrə
Aylıq kirayə: $2 538
İl ərzində dəyişiklik: 9%
3. Nyu-York, ABŞ
Aylıq kirayə: $2 909
İl ərzində dəyişiklik: 2%
2. San- Fransisko, ABŞ
Aylıq kirayə: $3 631
İl ərzində dəyişiklik: -1%
1. Honkonq
Aylıq kirayə: $3 685
İl ərzində dəyişiklik: -1% Oxu.az