10 C
Baku
Saturday, March 30, 2024

Evlər hidrogenlə qızdırılacaq

Alternativ enerji mənbələrinə üstünlük verən Hollandiyada yeni ildən etibarən bəzi evlər hidrogenlə isidilməyə başlanacaq.

Banker.az  “BBC”yə istinadla bildirir ki, hidrogen təbii qazın yeni alternativi olacaq. Hidrogen yanarkən karbondioksid ifraz etmir. Bu səbəbdən ətraf mühitin dostu bir yanacaq kimi tanınır.

Sənayedə geniş şəkildə istifadə olunan hidrogendən mənzillərin qızdırılmasında ilk dəfə istifadə ediləcək. Hollandiyanın ikinci böyük şəhəri Rotterdama bağlı Rozenburq rayonundakı bir ərazi yeni ildən etibarən hidrogenlə qızdırılacaq. Bu ərazidə hidrogenlə işləyən iki yeni mərkəzi istilik sistemi yaradılıb. Binanın xaricində müvəqqəti olaraq qurulan bir anbarda əldə ediləcək hidrogen isitmə qazanlarına yönlədirilcək.

Mütəxəssislərə görə, hidrogenin istehsal edilməsi çox asandır. Yanarkən karbon qazı ifraz etmədiyi üçün ətraf mühiti çirkləndirmir. Bu səbəbdən təbii qazın ən önəmli alternativi kimi görünür.

Ancaq hidrogenin partlayıcı maddə olması ağıllara dərhal təhlükəsizlik problemini gətirir. Layihə rəhbəri Albert van der Molenə görə, evlərin hidrogenlə qızdırılmasında heç bir təhlükəsizlik problemi yoxdur.

Təbii qazın da partlayıcı maddə olduğunu deyən layihə rəhbəri düzgün tədbirlərlə təbii qazda olduğu kimi, hidrogenlə də təhlükənin qarşısının alınacağını vurğulayıb.

Enerji şəbəkəsi meneceri Devid Peters mövcud qaz boru xəttinin böyük ehtimalla hidrogen üçün də istifadə edilə biləcəyini deyib.

Hidrogenin istehsalındakı enerjidən istifadənin minimuma endirilməsi üçün axtarışlar davam edir. Bu səbəbdən hidrogendən mənzillərin qızdırılmasında geniş şəkildə istifadənin bir az zaman ala biləcəyi deyilir.

MənbəSputnik.az
Son xəbərlər
Digər xəbərlər