25 iyun 2026-cı il tarixində, saat 19:00-da Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az xəbər verir ki, gündəliyə çıxarılan məsələlər aşağıdakılardır:
1. Cəmiyyətin 2025-ci il üzrə maliyyə təsərrüfat fəaliyyəti haqqında icra orqanının hesabatı;
2. Cəmiyyətin 2025-ci ilin nəticələrinə görə illik hesabatın, mühasibat balansının təsdiq edilməsi;
3. 2025-ci il üzrə dividendlərin hesablanması və ödənilməsi.
Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.
Xatırladaq ki, şirkətin 377290 manat nizamnamə kapitalı var. “EVRASCON” ASC-nin səhmdar strukturuna görə İsmayıl-Əfəndi İsmiyev təxminən 51% paya sahibdir, ona məxsus olan “HydroTrans Proekt” LLC şirkəti vasitəsilə əlavə olaraq təxminən 17% pay nəzarətdə saxlanılır, qalan təxminən 32% pay isə 125 müxtəlif fiziki şəxs arasında bölünür.







