15 C
Baku
Friday, March 29, 2024

EXCELdə möhtəşəm şəkillər yaradan yaponiyalı qoca

Niyə məhz Excel? Horiuchi PC Online yapon saytına bildirdiyinə görə digər ixtisaslaşdırılmış qrafik proqramlar çox bahadır, Excel isə əvvəldən kompyuterə artıq yüklənmiş olur. O həmçinin əlavə etmişdir ki, bu proqramın istifadəsi daha sadədir və ona uyğunlaşmaq asandır.

Təqaüdçü qocanın sözlərinə görə o öz gündəlik işində Exceldən istifadə etmir. O deyir: Mən digər insanların Exceldə səliqəli qrafiklər, cədvəllər qurduğunu gördüm və düşündüm ki, Exceldən şəkillər yaratmaq üçün istifadə edə bilərəm”. Şirkətdən qovulduqdan sonra o nəsə yenilik etmək lazım olduğunu hiss etdi.

O kompyuter alaraq Exceldən istifadə etməyi öyrəndi və 10 ildən sonra öz işini sərgilərdə nümayiş etdirən qrafik rəqəmsal rəssam oldu.

Digər rəssamlar da şəkil çəkmək üçün sözsüz Exceldən istifadə edirdilər. Lakin ənənəvi və möhtəşəm yapon motivlərini yaradan təqaüdçülər elə də çox deyil!

82f9d35d14b01556a5e19ee5ed1fd9b4d1d808e7c11230a120ca77aa5d4c4d97

Son xəbərlər
Digər xəbərlər