16 C
Baku
Friday, April 19, 2024

Expressbank-dan Uğurlu gələcəyə dəstək!®

Gənc nəslin hərtərəfli inkişafı, motivasiyası  və maarifləndirilməsi üçün mütəmadi olaraq müxtəlif KSM layihələri reallaşdıran Expressbank 19 oktyabrda 5 saylı “Asan xidmət” mərkəzində ASAN Könüllülük məktəbi və ASAN Könüllüləri Təşkilatının gənc üzvləri üçün “Uğurlu gələcəyə dəstək” adlı tədbir  keçirmişdir. 

Görüşdə biznes mentor, işgüzar inkişaf yazarı Nadir Adilmanın iştirakı ilə 100-dək ASAN könüllüsünə yazıçının imzası olan kitab və Expresso kartının əldə olunması üçün hədiyyə kuponu təqdim edilmişdir.

Yazıçı Nadir Adilman yaradıcılığının  əsas istiqamətlərindən, əsərlərin bədii xüsusiyyətlərindən söz açdı. Tədbirdə həmçinin Expressbankın təlimçisi İT Təhlükəsizlik şöbəsinin müdiri Süleyman Xəlilov tərəfindən gənclər üçün rəqəmsal informasiya texnologiyaları mövzusunda təlim keçirilmiş, gəncləri maraqlandıran suallar cavablandırılmışdır.

Tədbirin maraqlı məqamları ilə http://bit.ly/2W3sUCa  linkdən tanış ola bilərsiniz.

Pərakəndə və biznes bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”- ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az  saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.

 

 

Son xəbərlər
Digər xəbərlər