26 C
Baku
Saturday, July 27, 2024

Expressbank dollarda müddətli depozit faizlərini yüksəldib

Expressbank təklif etdiyi müddətli əmanət – “Klassik”də həm dollarda, həm də manatda saxlanan depozitlərin faizlərinə dəyişiklik edib.

Banker.az bu barədə banka istinadən xəbər verir.

Belə ki, bankın 12 aylıq müddətli dollar depozitində ödəniş faizləri artırılıb. Dəyişikliyə əsasən, aylıq əsasda ödənişlər 1.5%-dən 2.25%-ə, müddətin sonunda ödənişlər isə 2%-dən 2.3%-ə yüksəldilib.

12 aylıq manat depozitində ödənişlər isə aylıq əsasda 9% ilə, müddətin sonunda 9.5% ilə hesablanacaq. Əvvəl isə bu faizlər müvafiq olaraq 9.5% və 10% idi.

Son xəbərlər
Digər xəbərlər