14 C
Baku
Wednesday, April 17, 2024

“Expressbank” ilin ilk 9 ayında ₼10 milyona yaxın mənfəət əldə edib

“Expressbank” ASC 2023-cü ilin ilk rübü ərzində 9.97 milyon manat xalis mənfəət əldə edib. Ötən ilin eyni dövründə bankın xalis mənfəəti 11.23 mln. manat idi.

Banker.az bu barədə bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir.

Bankın faiz gəlirləri illik müqayisədə 18.5 faiz artaraq 42.22 mln. manata, faiz xərcləri 56.2 faiz artaraq 11.35 mln. manat, qeyri-faiz gəlirləri 3 faiz artaraq 14 mln. manata və qeyri-faiz xərcləri 9 faiz artaraq 31.42 mln. manata yüksəlib.

Bununla da əməliyyat mənfəəti 13.46 mln. manata yüksəlib.

324

Son xəbərlər
Digər xəbərlər