2 C
Baku
Saturday, December 14, 2024

Expressbank-ın müştəriləri qazanmaqda davam edir ®

Expressbank-ın müştəriləri qazanmaqda davam edir ®

Nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən keçirilən “Kartla ödə, Kartla qazan!” lotereyasının ilk tirajında Expressbank-ın 40 müştərisi qalib olub. ( Qalib olanların siyahısı ilə tanış olmaq üçün link: https://bit.ly/2Um5lG1 )

Fevral, mart və aprel aylarında keçiriləcək lotereyada Expressbank-ın plastik  kartları vasitəsi POS-terminallarda minimum 5 manat məbləğində nağdsız əməliyyat aparan hər bir müştəri bir şans qazanır. Lotereyanın uduş məbləği 50 (əlli) manat təşkil edir və qalib şəxsin kart hesabına daxil edilir. Daha çox əməliyyat daha çox şans deməkdir.

Qeyd edək ki, Expressbank- ın xidmət şəbəkəsi 15 filialdan ibarətdir. Onlardan 9-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 70-dən artıq bankomat, 5000-dən artıq POS-terminal və 700-ə yaxın Expresspay ödəniş terminalı var.

Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər