Expressbank, müştərilərinə daha çox qazanmaq imkanı yaradaraq milli valyutada əmanət üzrə illik faiz dərəcələrini yüksəltdi. Yay mövsümünün son günlərində müştərilərinə daha çox sevinc bəxş etmək üçün bununla da kifayətlənməyərək yeni əmanət kampaniyasına start verdi.
Kampaniya çərçivəsində Klassik əmanəti üzrə depozit rəsmiləşdirən müştərilərə hədiyyə olaraq əlavə gəlir əldə etmək imkanı təklif edilir. Belə ki, müştərilər yerləşdirdikləri əmanət müddətinin sonunda, əmanət üzrə illik faiz dərəcəsindən əlavə 2% hədiyyə də əldə edəcəklər.
Expressbank, Klassik əmanətindən əlavə müştərilərinə daha iki əmanət növü təklif edir. Əmanətlərini mütəmadi olaraq artırmaq istəyən müştərilər Mücrü əmanətindən, əmənət faizlərini dərhal əldə etmək istəyən müştərilər isə Əlavə fürsət əmanətindən yararlana bilərlər.
Bu da hələ son deyil, Expressbank 500 AZN-dən yuxarı əmanət yerləşdirən hər bir müştəriyə təmassız ödənişləri dəstəkləyən pulsuz debit kart da hədiyyə edir.
Qeyd etmək istərdik ki, Expressbank-da yerləşdirilən bütün əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır.
Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank haqqında ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.