12 C
Baku
Wednesday, December 11, 2024

Expressbank Zolotaya Korona pul köçürmələrini daha sürətli və rahat etdi! ®

Hər zaman müştərilərin rahatlığı üçün bütün bank xidmətlərini ən müasir şəkildə təkmilləşdirən Expressbank artıq “Zolotaya Korona” pul köçürmələri sisteminin müştərilərinə banka gəlmədən pullarını əldə etməyi təklif edir. Müştərilər “Zolotaya Kоrona” sisteminin “pul köçürmələri” əlavəsini yükləyib, qeydiyyatdan keçərək  göndərilən məbləği bir başa Expressbank-ın plastik kartlarına köçürə bilərlər. (mobil əlavə: https://koronapay.com/m/qr-dp ) Əməliyyatın aparılması son dərəcə sadə və rahatdır. (Əməliyyat prosesi: https://youtu.be/ktYXJJ6dapA 

Expressbank plastik kartı olmayan müştərilərin rahatlığı üçün də xüsusi xidmət təqdim edir. Müştəri bankın istənilən filialına yaxınlaşaraq “Zolotaya Korona”  pul köçürmələri sistemi ilə gələn pulu elə filialda 15 dəqiqəyə əldə etdiyi Expresso kartına köçürə bilər. Bununla da müştəri Expresso kartının bütün üstünlüklərindən faydalanır.  

Müştərilər Expressbank kartına köçürdükləri pulu ölkə daxili nağdsız alış -verişlərdə istifadə edərək 30% – dək cashback qazanır və ya arzuladığı zamanda Expressbank-ın bankomatlarına (ATM) yaxınlaşaraq komissiyasız nağdılaşdıra bilir. 

Pərakəndə və biznes bankçılıq sahəsində fəaliyyət göstərən, geniş maliyyə məhsulu və xidmətlərinə malik olan Expressbank-ın ölkə ərazisində   15 filialı mövcuddur. Bankın xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrində rəsmi səhifələrinə daxil olaraq əldə etmək mümkündür. 

Son xəbərlər
Digər xəbərlər