19 C
Baku
Monday, April 29, 2024

“Expressbank”da yeni təyinat olub

“Expressbank” ASC-nin İdarə Heyətinə (İH) daha bir sədr müavini təyin edilib. 

Məlumata görə, söhbət Orxan Vahabovdan gedir. O, artıq vəzifələrinin icrasına başlayıb.

Hazırda “Expressbank”ın İH-nə Emin Məmmədov sədrlik edir. Onun digər müavini isə İlham Həbibullayevdir.

Xatırladaq ki, “Expressbank” 1989-cu ildə “Azərnəqliyyatbank” adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 137 256 651 manatdır. Bankın səhmlərinin 25%-i Hikmət Xammədova, 17%-i Hafiz Seyidova, qalan 58%-i isə iki hüquqi şəxsə məxsusdur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər