10 C
Baku
Friday, December 13, 2024

“ExxonMobil” Rusiyanı məhkəməyə verəcək

Amerikanın neft nəhəngi “ExxonMobil” Rusiyanın “Saxalin-1” neft-qaz layihəsindən çıxmasına icazə verilməsə, onu məhkəməyə verəcəyi ilə hədələyib. Qeyd edək ki, şirkətin layihədəki payı 30% təşkil edir. ABŞ Dövlət Departamenti etiraf edir ki, Moskva məhkəmə qərarına məhəl qoymaya bilər. Əgər bu baş verərsə, Rusiyanın xaricdəki aktivlərinə həbs qoyulacaq.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Avqust ayında Rusiya Prezidenti Vladimir Putin dost olmayan ölkələrdən gələn əcnəbilərə strateji əhəmiyyətli şirkətlərdəki paylarından imtina etməsini qadağan edib. Eyni zamanda, “Saxalin-1” neft-qaz layihəsində, Xaryaqinskoye neft yatağında və yanacaq-energetika kompleksi üçün avadanlıq istehsal edən şirkətlərdə ona texniki xidmət və təmir xidmətləri göstərən əcnəbilərin səhmləri ilə əməliyyatlar qadağan edilib.

“ExxonMobil” bildirib ki, bu qadağa onun hüquqlarını pozur və layihədən təhlükəsiz şəkildə çıxmasına mane olur. Şirkətin sözçüsü Keysi Norton “WSJ”yə bildirib ki, şirkət bu yaxınlarda Rusiya hökuməti ilə fikir ayrılığı barədə bildiriş təqdim edib.

Amerikan neft şirkəti məsələnin tez bir zamanda həll ediləcəyini gözləmir, ona görə də Rusiya hökumətini məhkəməyə verməyə hazırlaşır. İddia Beynəlxalq Arbitraj Məhkəməsinə veriləcək, lakin işin həlli illər çəkə bilər. Rusiya tərəfinin məhdudiyyətlərindən əlavə, “ExxonMobil”in layihədən çıxması ona görə çətinləşir ki, o, öz payına layihənin idarə olunmasını öz üzərinə götürə biləcək alıcı tapmalıdır.

Martın 1-də neft nəhəngi Rusiyada fəaliyyətini dayandırdığını və “Saxalin-1” layihəsindən çıxdığını elan edib. Şirkət həmçinin ABŞ vətəndaşı olan bütün əməkdaşlarını Rusiyadan çıxarıb.

Analitiklər hesab edirlər ki, digər Qərb şirkətləri “ExxonMobil”dan nümunə götürə bilər, o cümlədən 2Saxalin-1” layihəsindən çıxdığını elan edən “Shell” və “BP” də.

Son xəbərlər
Digər xəbərlər