10 C
Baku
Thursday, December 12, 2024

“ExxonMobil” Rusiyanın “Saxalin-1” neft-qaz layihəsindən çıxır

Amerikanın “ExxonMobil” neft-qaz korporasiyası Rusiyanın Ukraynadakı hərbi əməliyyatlara başlaması ilə əlaqədar ölkənin ən böyük neft-qaz layihələrindən biri “Saxalin-1”dən çıxır. Qeyd edək ki, “ExxonMobil” layihəni Yaponiya, Hindistan və Rusiya şirkətlərindən ibarət beynəlxalq konsorsium adından idarə edib.

Banker.az xəbər verir ki, korporasiya “Saxalin-1”dən çıxmaq üçün prosedur hazırlamağa başladıqlarını bildirib. Proses bir qədər vaxt apara bilər, çünki layihənin insanlar və təbiət üçün təhlükəsiz qalması üçün digər həmtəsisçilərlə əlaqələndirmək tələb olunur.

“ExxonMobil” həm də mövcud vəziyyətə görə Rusiyada yeni inkişaflara sərmayə qoymağı dayandırır. Şirkət Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi bütün sanksiyalara əməl edir.

Fevralın 28-ində Britaniya-Hollandiya neft-qaz korporasiyası “Shell” “Saxalin-2” layihəsindən çıxdığını açıqlayıb. Şirkətin baş direktoru Ben van Beurden deyib: “Avropa təhlükəsizliyini təhdid edən mənasız hərbi təcavüz aktı nəticəsində Ukraynada insan tələfatına görə şok yaşayırıq”.

“Saxalin-1” layihəsi Hasilatın Pay Bölgüsü Sazişinin şərtlərinə əsasən Saxalin adasında həyata keçirilir. “ExxonMobil” və Yaponiyanın “Sodeco” şirkəti layihədə 30%, “Rosneft” və Hindistanın “ONGC” şirkəti isə 20% paya sahibdir.

Son xəbərlər
Digər xəbərlər