3 C
Baku
Saturday, December 14, 2024

“ExxonMobil” şirkəti məhkəmədə bəraət alıb

Qlobal enerji nəhənglərindən biri olan ABŞ-ın “ExxonMobil” şirkəti iqlim dəyişikliyi qaydaları ilə əlaqədar investorları çaşdıraraq qlobal istiləşmə və ətraf mühitin çirklənməsinə töhfə verdiyinə görə mühakimə olunduğu məhkəmə işində bəraət alıb.

Bu barədə xarici mətbuata istinadən xəbər verilir.

Məlumata görə, Nyu-York Baş Prokurorluğunun “ExxonMobil” şirkətinə qarşı qaldırdığı iddiada federal məhkəmə neft şirkətinin günahsız olduğuna qərar verib.

Məhkəmə prokurorluğun 1,6 milyard dollarlıq təzminat iddiasında neft şirkətinin iqlim dəyişikliyi qaydaları ilə bağlı “səhv məlumat verməsi və səhlənkarlığa yol verməsini” sübut edə bilmədiyini açıqlayıb.

Xatırladaq ki, “ExxonMobil” şirkətinin keçmiş icraçı direktoru (CEO) və ABŞ-ın keçmiş dövlət katibi Reks Tillerson da neft şirkətinə qarşı qaldırılan məhkəmə işində ifadə vermişdi.

©Report

Son xəbərlər
Digər xəbərlər