1 C
Baku
Saturday, December 14, 2024

“ExxonMobil”in rəhbəri 36 mln. dollar mükafat alacaq

Amerikanın “ExxonMobil” neft-qaz şirkətinin baş direktoru Darren Vudsun illik əməkhaqqının ümumi məbləği ötən il 36 milyon dollar olub, beləliklə, 2021-ci illə müqayisədə 52%, 2020-ci ilə nisbətən isə iki dəfədən çox artıb. “ExxonMobil” bu barədə cümə axşamı, aprelin 13-də ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına təqdim etdiyi sənəddə məlumat verib. Cənab Vuds digər şeylərlə yanaşı, 6.4 milyon dollar pul mükafatı və 13.5 milyon dollar dəyərində səhmlər alıb.

Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

Ötən il əksər neft-qaz şirkətləri neftin dünya bazar qiymətinin artması hesabına öz gəlirlərini və mənfəətlərini xeyli artıra biliblər. “ExxonMobil” ili 2021-ci ildən iki dəfə çox artaraq 55.7 milyard dollar xalis gəlirlə başa vurub. Qərbin beş ən böyük neft və qaz şirkətinin – “Exxon”, “Chevron”, “Shell”, “BP” və “TotalEnergies”in ümumi mənfəəti 2022-ci ildə 200 milyard dollara çatıb.

Belə şəraitdə digər neft-qaz şirkətlərinin baş direktorlarının da maaşları artıb. “Shell”in keçmiş baş direktoru Ben van Beurdenin (bu vəzifəni yanvarın 1-də tərk edib) 2022-ci ildə maaşı bir yarım dəfə artaraq 11.6 milyon dollara, “BP”nin baş icraçı direktoru Bernard Luninin maaşı isə keçən il iki dəfə artaraq 12 milyon dollara çatıb.

Son xəbərlər
Digər xəbərlər