27 C
Baku
Saturday, July 27, 2024

EY: “Azərbaycanda bir çox banklar iqlim risklərini nəzərə almır”

Azərbaycanda fəaliyyət göstərən bir çox banklar iqlim risklərini nəzərə almır.

Bunu “Fintex Sammmit” Maliyyə və Texnologiya sərgisi çərçivəsində EY beynəlxalq şirkətinin Təmiz texnologiyalar və dayanıqlı inkişaf üzrə xidmətlər meneceri Fidan Sadıxlı deyib.

F.Sadıxlının sözlərinə görə, hazırda dayanıqlı inkişaf prinsiplərini öz fəaliyyətlərində, investisiya qərarlarında nəzərə alan bankların sayı çox azdır.

O qeyd edib ki, şirkətlərə, o cümlədən banklara məsləhət xidmətləri göstərəndə dayanıqlı inkişaf prinsiplərinin mahiyyətindən danışaraq onlara yenilənmiş strategiyalarında iqlim risklərini nəzərə almağa təklif olunur.

F.Sadıxlı bildirib ki, iqlim dəyişikliyinə təsirləri azaltmaq üçün ağacəkmə kampaniyaları keçirmək yetərli deyil:

“Şirkətlər daha çox öz fəaliyyətini, həm də öz fəaliyyəti nəticəsində yaranan təsirləri nəzərə almalıdırlar. Yəni hər hansı bir şirkət məhsul istehsal edirsə, təkcə həmin istehsal prosesini deyil, istehsal etdiyi məhsulun istehlakı zamanı yarana biləcək riskləri də nəzərə almalıdırlar. Bundan başqa, əməkdaşlıq etdikləri təchizatçıların sosial və ekoloji qaydalara nə qədər riayət etdiklərinə əmin olmalıdırlar”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər