13 C
Baku
Tuesday, May 21, 2024

Eynşteyn belə deyərdi….

Hamının yaxşı tanıdığı dahi alim və fenomenal şəxsiyyət olan Albert Eynşteyn nəinki qeyri adi fizik, həm də fəlsəfə məsələlərində mütləq bir avtoritet idi. Onun çox məşhur bir fikri vardır: “Mən həmişə düşünürəm ki, mənim daxili və xarici aləmim digər insanların həyatları və fikirləri üzərində qurulub, fərqi yoxdur canlı və ölü və mən də özümü inkişaf etdirməliyəm ki, dünyaya indiyə qədər aldığım və almaqda davam etdiklərim qədər töhfə verə bilim”.

Uğur qanunauyğunluqları ona çox yaxşı bəlli idi. Onun tərəfindən tərtib edilmiş qaydalar, elə hesabladığı bərabərlikləri kimi zamanın təsirinə məruz qalmır, bu günə qədər öz məşhurluğunu və aktuallığını qoruyub saxlayır və müasir dünyada da işə yarayır.

1. «Heç vaxt səhv etməyən insan, ümumiyyətlə heç nə etmir».

Bu həqiqətən də belədir, çünki yalnız səhvlər yeni təcrübələrin yaranmasına və biliklərin qazanılmasına zəmanət verir. Səhv etmək qorxusu insanı hərəkətsizliyə sürükləyir və müvafiq olaraq inkişafı əngəlləyir.

2. «Təhsil – məktəbdə bütün öyrəndiklərinin hamısını yaddan çıxardıqdan sonra sənə qalan biliklərdir».

Biz yalnız müstəqil öyrəndiklərimizi yadda saxlayırıq.

3. «Təxəyyül biliklərdən daha yaxşıdır»

Biliklər məhduddur, təxəyyül ilə isə bütün dünyanı fəth etmək olar. Bizim dünyada, yaratdığımız aləmdə gördüyümüz hər bir şey nə vaxtsa kiminsə xəyalı olmuş, kiminsə təxəyyülünün məhsuludur. Bizim gələcək nəsillərimiz isə hazırkı nəslin təxəyyülünün məhsullarından bəhrələnəcək.

4. «Yaradıcılığın sirri öz ilham mənbəyini gizlətmək bacarığında gizlənir».

Sizin ideyalarınız həmişə unikal olmalıdır və heç kəsi təkrarlamalı deyil, hətta sizi ilham verən hər hansı bir dahinin fikirləri olsa belə. Bu haqda heç kəs bilməli deyil.

5. «İnsanın dəyəri onun nəyə nail olması ilə deyil, insanlara nələri verməsi ilə ölçülməlidir. Təkcə uğurlu deyil, həm də dəyərli insan olmağa çalışın».

Dünyaya daha çox töhfə verməyə çalışın, onda əldə etdikləriniz də çox olacaq.

6. Bu həyatda iki cür yanaşma tərzi vardır: sanki dünyada heç vaxt möcüzə olmur, ya da bizi əhatə edən hər şey möcüzədir.

Birinci halda istədiyinizi etməyə heç kəs sizə əngəl olmayacaq, ikinci halda isə siz həyatın hər də ən xırda sevinlərindən və gözəlliklərindən zövq alaraq yaşayacaqsınız. Bu iki yanaşmanı birləşdirib, siz dünya ilə tam harmoniyaya nail olacaqsınız.

7. Təxəyyül və fantaziya qabiliyyəti, abstrakt düşüncədən daha çox önəm kəsb edir. Arzular –istənilən bir məqsədə nail olmaq üçün gözəl motivatordur. Arzulamaqdan imtina etməyin və irəliyə doğru gedin.

«Canavar dəstəsində özünə layiqli yer tutmaq üçün, ilk növbədə yaxşı canavar olmaq lazımdır»

Əgər siz uğurlu iş adamı olmaq istəsəniz, elə indidən biznes ilə məşğul olmağa başlamalısınız. Başlamaq istəyi olsa belə uğursuzluq qorxusu altında siz heç nəyə nail ola bilməyəcəksiniz. Bu prinsip həyatın digər sahələrində də özünü doğruldur: qalib gəlmək üçün, ilk öncə oynamaq (iştirak etmək) lazımdır.

«Əvvəlcə oyunun qaydalarını öyrənmək, daha sonra isə hamıdan yaxşı oynamağa başlamaq lazımdır»

Qaydaları öyrənin və hamıdan yaxşı oynayın. Necə ki, bunu bütün dahilər edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər