Əslində bu məşhur foto – Albert Eynşteynin 1951-ci il 14 martda öz ad gününü qeyd etdiyi bir gündən xatirədir.
O Frank Aydelotte və onun həyat yoldaşı ilə Priston universitetindən çıxır. Onlar universitetdə məşhur fizikin ad günü mərasimindən çıxaraq üçü birlikdə maşına əyləşir. Fizik bütün günü fotoqraflar və jurnalistlərlə danışmalı olmuşdu.
Lakin onlardan biri kənarda dayanaraq jurnalist kütləsinin çəkilib getməsini gözləyirdi. United Press International-dan olan fotoqraf Arthur Sasse alimdən gülümsəməsini, belə desək “daha xoş sima” almasını xahiş edir. Bütün günü onsuzda digər fotoqraflara məcburən gülümsəməli olmuş və həddindən artıq yorğun olan Eynşteyn qəfildən dilini çıxarmış və nümayişkaranə çevrilmişdir. Lakin bu zaman fotoqraf özünü itirmir və lazımi kadrı tuta bilir.
Bu dahi alimin orijinallıq və sadəlik rəmzinə çevrilmişdir. Fotoqraf Sasse-nin işlədiyi redaksiyada uzun müddət bu fotonu yayımlamaq barədə qərarsızlıq hökm sürür. Lakin son nəticədə şəkil yayımlanır. Albert Eynşteyn qəzetin ilk səhifəsində dilini çıxardığı halda olan şəklini gördükdə sözün əsl mənasında ona vurulur. O dərhal olaraq şəkli qəzetdən kəsərək bir neçə nüsxəsini çıxartdırır. Yumor hissinə sahib fizik daha sonradan bu şəkilləri açıqça qismində dostlarına göndərirdi. Eynşteyn ölümündən bir il əvvəl isə dostuna yazdığı məktubda bildirirdi ki, onun bu jesti bütün bəşəriyyətə ünvanlanıb.
Bu fotonun 2009-cu ildə keçirilən bir hərrac zamanı 74 min dollara satılması orijinal fotonun insanlar üçün nə qədər qiymətli olduğunun sübutudur.