15 C
Baku
Saturday, April 20, 2024

“Eyzenhauer-in prioritetlər cədvəli” nədir?

Bir çox uğur qazanmış insanlar həftədə nəyə görə cəmi 24 saatın olduğundan şikayətlənir. Sağlam qalmaq və özümüzü gümrah hiss etmək üçün bu 24 saatın 8-ni yuxuya sərf etməliyik. Günümüzün minimum 3 saatı qida qəbul etməyə, evi səliqəyə salmağa və gündəlik alış-verişə xərclənir. Geri qalan saatlar isə iş, şəxsi məsələlər və ailə öhdəliklərinə ayrılır. 

Bəs təbiət tərəfindən bizə bəxş edilmiş 24 saatdan necə daha səmərəli istifadə edə bilərik? Bununla bağlı time-menecmentdə bir sıra nəzəriyyələt mövcuddur. Bu gün biz bunlardan biri olan “Eyzenhauer-in prioritetlər cədvəli” ilə tanış olmağı məsləhət görürük.

Bu ideyanın müəllifi ABŞ-ın 34-cü prezidenti Dwight Eisenhower olmuşdur. O bütün gündəlik işləri 4 kateqoriyaya ayırır: təcili və vacib, təcili olmayan və vacib, təcili və vacib olmayan, təcili olmayan və vacib olmayan. Bu cədvəldən aydın göründüyü kimi əsas diqqət təcili və vacib işlər kateqoriyasına ayrılmalıdır. Eyzenhauerin fikrincə təcili olmayan və vacib olmayan işlər bizim zamanımızı öldürməyə xidmət edir və buna görə mümkün qədər onlardan uzaq durmaq lazımdır.

Bu növ yanaşmanın praktiki faydası aydın şəkildə görünməkdədir. Eyzenhauer cədvəli prioritetləri effektiv şəkildə qruplaşdırmaq və keçmiş günü daha düzgün qiymətləndirmək imkanı yaradır.

Bu cədvəl vasitəsilə növbəti bir neçə gün üçün iş planı hazırlamaq mümkündür. Bununla yanaşı, təcili vacib işlər və cari aktual tapşırıqlar tez bir şəkildə həll olunur, iş ritmi isə qiymətli dəqiqələri boşa sərf edilmədən qorunub saxlanılır. Nəticədə 24 saat ərzində nə qədər çox işin öhdəsindən gəldiyinizə heyrət edəcəksiniz. Bunun üçün işinizi, tapşırıqlarınızı cədvələ uyğun düzgün şəkildə qruplaşdırmaq lazımdır.

Son xəbərlər
Digər xəbərlər